Yuxusuzluq xəstəlikdir
Digərləri 17 Apr 2019 23:29:00 258 0
Yuxusuzluq son illər insanların ən çox əziyyət çəkdiyi problemlərdən biridir.
Yuxusuzluq ayrıca bir xəstəlik olduğu kimi bəzən depressiya, həyəcan pozuntusu və panikatakla yanaşı olur. Tibdə bu problemin adı insomnia (yuxusuzluq) adlandırılır və ondan insanların təxminən 25 faizi əziyyət çəkir. Alimlər yuxudan doymayan adamların bütün işləri ləng gördüyünü müəyyən ediblər. Yuxu rejminin pozulmasında yaranan yorğunluq isə çox vaxt daimi hal alır.
Yuxusuzluğun diqqətsizlik, əsəb və stress hallarından başqa daha ciddi fəsadlara səbəb olunduğu aşkar olunub. Ümumilikdə yuxusuzluq 90-dan çox xəstəliyin əlamətidir. ABŞ-da aparılan tədqiqatlara əsasən müəyyən olub ki, yuxunun pozulması piylənməyə və arterial təyziqin yüksəlməsinə səbəb ola bilər.
Mütəxəssislər yuxunun pozulması ilə bağlı bir neçə amil göstərirlər. Məsələn, günorta yuxusu, hava qaralmadan yatağa girmək, ağır şam yeməyi, yataq otagına gələn səs, işıq, gecəyə qədər davam edən iş və yaxud emosional gərginlik də yuxu pozuntularına səbəb olur. Bəzi hallarda yuxusuzluq həzm prosesinin pozulmasından irəli da gəlir, ona görə də qida rasionuna fikir vermək lazımdır. Mədənin dolu olması da yuxuya mane ola bilir.