İstanbulun yeni "fatehi" kimdir?


Dünya 17 Apr 2019 22:52:00 209 0

İstanbulun yeni "fatehi" kimdir?

Xəbər verdiyimiz kimi, 31 martda Türkiyədə keçirilmiş bələdiyyə seçkilərinin nəticələrinə əsasən Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri seçilib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, siyasət dünyasında çox da tanınmayan İmamoğlu 1970-ci ildə Trabzonda dünyaya gəlib.

Orta təhsilini məmləkətində bitirdikdən sonra İstanbul Universitetinin İngilis dili fakültəsində ali təhsil alıb. Magistraturanı isə həmin universitetin İnsan Resursları və İdarəetməsi ixtisasında oxuyub.

İdmana sıx bağlılığı olan İmamoğlu "Trabzonspor" və "Bəylikdüzü" klublarının idarə heyətində yer alıb.

Siyasi karyerası isə 2008-ci ildə başlayıb. CHP-yə üzv olduqdan sonra 2009-cu ildə partiyanın Bəylikdüzü qəsəbə təşkilatının sədrliyinə təyin edilib. 2014-cü ildə isə qəsəbənin bələdiyyə sədri seçilib və 5 il bu vəzifəni icra edib.


Xəbərə aid fotolar