Yumurtanın saxlanılması ilə bağlı bilmədiyiniz 5 FAKT


Digərləri 17 Apr 2019 22:28:00 219 0

Yumurtanın saxlanılması ilə bağlı bilmədiyiniz 5 FAKT

Yumurta ən çox istehlak edilən məhsullardan biridir.

Əvvəllər belə hesab olunurdu ki, yumurta orqanizmdə xolesterinin səviyyəsini qaldırır və bu məhsulu tez-tez yemək olmaz. Lakin aparılmış son araşdırmalar bunu təkzib edib. Hal hazırda belə hesab olunur ki, gündə 1 yumurta yemək orqanizmə nəinki ziyan vurmur, əksinə fayda verir - ürək-damar sistemi xəstəliklərinin və həmçinin qaraciyər xərçənginin riskini azaldır. Nəzərə almaq lazımdır ki, yumurtanı qızardılmış deyil, bişmiş şəkildə yemək lazımdır.

Yumurtanın tərkibində olan faydalı maddələri qorumaq üçün onu düzgün şəkildə saxlamaq lazımdır:

1. Son.az saglamolun.az-a istinadən bildirir ki, yumurtanı soyuducunun qapısında deyil, soyuducunun orta rəfində saxlamaq lazımdır.

2. Yumurtanın qabığı məsaməli olduğundan yumurta istənilən qoxuları özünə hopdurur. Bu səbəbdən yumurtanı kəskin iyli məhsullarla bir yerdə saxlamaq olmaz.