Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Şahdağ. Dağların şahı” sənədli filminin təqdimat mərasimində iştirak edib (FOTO)


Digərləri 17 Apr 2019 22:17:58 180 0

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Şahdağ. Dağların şahı” sənədli filminin təqdimat mərasimində iştirak edib (FOTO)

Aprelin 17-də Bakı Konqres Mərkəzində IDEA İctimai Birliyinin milli parklar haqqında sənədli filmlər silsiləsindən ibarət xüsusi layihəsi çərçivəsində çəkilmiş “Şahdağ. Dağların şahı” sənədli filminin təqdimat mərasimi keçirilib

Bakı. Aprelin 17-də Bakı Konqres Mərkəzində IDEA İctimai Birliyinin milli parklar haqqında sənədli filmlər silsiləsindən ibarət xüsusi layihəsi çərçivəsində çəkilmiş “Şahdağ. Dağların şahı” sənədli filminin təqdimat mərasimi keçirilib. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva tədbirdə iştirak edib. Ekran əsərinin təqdimatından əvvəl qonaqlar “Şahdağ. Dağların şahı” filminin rejissoru İqor Bışnyovun çəkilişlər zamanı lentə aldığı fotolardan ibarət sərgi ilə tanış olublar. Sonra yeni yaradılmış Qızılağac Milli Parkından bəhs edən və hazırda çəkilişləri davam edən yeni filmdən kadrlar göstərilib. Mərasimdə çıxış edən İqor Bışnyov “Şahdağ. Dağların şahı” layihəsinin təşəbbüskarı Leyla Əliyevaya təşəkkürünü bildirib, filmin altı il müddətdə davam edən çəkiliş prosesi ilə bağlı təəssüratlarını bölüşüb.