Alla Puqaçovadan maraqlı fikirlər: "50 yaşdan sonra insanın üzündə..."


Digərləri 17 Apr 2019 21:32:00 281 0

Alla Puqaçovadan maraqlı fikirlər: "50 yaşdan sonra insanın üzündə..."

Bu günlərdə Rusiya estradasının primadonnası Alla Puqaçovanın doğum günü idi.

Son.az xəbər verir ki, meqa ulduz 70 illik yubileyini qeyd etdi. Və qeyd etmək lazımdır ki, Primadonna həm də çox ağıllı qadındır, onun sitatlarını Faina Ranevskaya kimi böyük aktrisanın fikirləri ilə müqayisə etmək olar.

70 illik yubileyi münasibəti ilə Alla Borisovanın çoxsaylı müsahibəsi zamanı dediyi sitatlarını toplamışıq.

1. Satqınlığı başa düşə bilərəm, bağışlamağı əsla.

2. Müsahibə ilə tövbə və etirafı qarışdırmaq lazım deyil.

3. Sevgi qəlbin elə bil vəziyyətidir ki, hətta ən axırıncı xəsis də onun uğrunda hər şeyini verməyə hazırdır.

4. Kişilər məndən ötrü hansı qəhrəmanlığı edib? Mənimlə evləniblər.

5. Hesab edirəm ki, məhəbbət - böyük zəhmət tələb edir. Və bu zəhmət mənim üçün xoşbəxtlikdir.

6. Sevginin yoxluğundansa, yanılmaq və məyus olmaq daha yaxşıdır.

7. Hər şeyi kişidən ötrü qurban vermək? Kişi nə qədər səfeh olmalıdır ki, məndən hər şeyi atmağı tələb etsin. Axmaq naminə heç nəyi qurban vermərəm.

8. Sizi sevməyən insanlardan qorxmaq lazım deyil. Özünü sevirmiş kimi göstərənlərdən ehtiyatlı olun.

9. Əgər bir axmağa aşiq olmusunuzsa, deməli, həyatınızın duzu az olub.

10. Pul o qədər çox olmalıdır ki, insan özünü alçalmış hiss etməsin.

11. Dostcasına verilmiş məsləhətlərdən incimək düzgün deyil.

12. Vərdiş çox çirkin ifadədir.

13. İnsanları sevə bilməyin yeganə yolu onlarla ünsiyyəti kəsməkdir.