Çexiyada ruhi xəstə olan pensiyaçı məhkum edilib


Dünya 17 Apr 2019 21:35:00 218 0

Çexiyada ruhi xəstə olan pensiyaçı məhkum edilib

Hərfi mənası "gic, sarsaq" kimi tərcümə edilən Balda soyadlı çexiyalı pensiyaçı tərəfindən iki il bundan əvvəl törədilmiş əməllər dəmiryol qəzaları ilə nəticələnib. Xatırladaq ki, o vaxt Balda ağacları mişarlayaraq relslərin üzərinə yığmış, nəticədə qatarlar yoldan çıxmışdı. Radikal-millətçi baxışların tərəfdarı olan pensiyaçı ümid edirdi ki, bu hərəkətlərin müsəlman qaçqınlar tərəfindən törədilməsindən şübhələnməyə başlayacaqlar. Lakin o, səhv düşünürdü.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, 70 yaşlı Balda bu gün "terrorçuluq" maddəsi ilə dörd il müddətinə azadlıqdan məhrum edilib. Bundan başqa, o, ruhi xəstə olduğundan onun həbsxana bioqrafiyasına məcburi müalicə də əlavə ediləcək.