Sosial şəbəkələrə yetkinlik yaşına çatmayan istifadəçilər üçün “layk” etmək imkanını ləğv etmək tövsiyə edilib


Digərləri 17 Apr 2019 21:29:00 295 0

Sosial şəbəkələrə yetkinlik yaşına çatmayan istifadəçilər üçün “layk” etmək imkanını ləğv etmək tövsiyə edilib

Böyük Britaniyanın İnformasiya Məsələləri üzrə İdarəsi (ICO) sosial şəbəkələrə yetkinlik yaşına çatmayanlar üçün "layk" etmək imkanını ləğv etməyi təklif edib. Bu, uşaqlar üçün zərərli informasiyanın yayılmasının qarşısını alacaq.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, "ICO" nümayəndələri izah ediblər, "layk"lar elan verənlərə istifadəçilərin seçimi haqqında informasiyanı toplamağa kömək edir. Nəticədə elan verənlər hədəflənmiş reklamdan istifadə edirlər.