Hollandiya polisi dəhşət saçdı


Dünya 17 Apr 2019 21:10:00 242 0

Hollandiya polisi dəhşət saçdı

Hollandiyanın Utrext şəhərində bir qrup polisin hicablı bir qadını təpikləyib, yumruqlamasını əks etdirən  görüntülər sosial şəbəkələrdə böyük narazılığa səbəb olub.

Son.az Oxu.az-a istinadən xəbər verir ki, şübhəli şəxsi saxlayan və kobud rəftar edən polisə ətrafdakı insanlar müdaxilə ediblər. Yerə yıxılmış qızı polisin kobud davranışından qorumaq istəyən hicablı qadın özü çətin vəziyyətə düşüb. Belə ki, polis əvvəlcə qadını təpikləyib sonra isə yumruqlayıb.

Sosial şəbəkələrdəki sərt reaksiyalardan sonra ,aidiyyatlı qurumlar məsələnin araşdırılacağını bildirib.