Sudan parlamentinin spikeri Xartum aeroportunda saxlanıldı


Dünya 17 Apr 2019 20:54:00 225 0

Sudan parlamentinin spikeri Xartum aeroportunda saxlanıldı

Sudan parlamentinin spikeri İbrahim Ömər Xartum beynəlxalq aeroportunda saxlanılıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bir müddət öncə isə Sudanın dövlət çevrilişi nəticəsində hakimiyyətdən uzaqlaşdırılmış prezidenti Ömər əl-Bəşir ev dustaqlığından paytaxt Xartumdakı həbsxanalardan birinə köçürülüb. Bundan başqa, Ömər əl-Bəşirin daha 11 tərəfdarının həbsi ilə bağlı qərar verilib.

Xatırladaq ki, Sudanın müdafiə naziri Avad ibn Auf aprelin 11-də ölkə prezidenti Ömər Əl-Bəşirin nəzarət altına götürüldüyünü bildirmişdi.