Bakıda keçmiş məhkum tanışını taxta parçası ilə döyərək öldürdü


Kriminal 17 Apr 2019 21:00:00 228 0

Bakıda keçmiş məhkum tanışını taxta parçası ilə döyərək öldürdü

Dostunu döyə-döyə öldürməkdə təqsirləndirilən Bahadur Cəfərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Faiq Qəniyevin sədrliyi ilə keçiriləcək məhkəmə hazırlıq iclası aprel ayının 25-nə təyin olunub.

Qeyd edək ki, hadisə sentyabrın 11-də Sabunçu rayonu ərazisində qeydə alınıb. Həmin rayonda yaşayan, əvvəllər məhkum olunmuş Bahadur Cəfərov evində münaqişə zəminində Bakı şəhər sakini olan tanışı Rəfayel Rzayevi taxta parçası ilə döyərək qətlə yetirib.