2 milyon manat dələduzluqda təqsirləndirilən sahibkar:


Kriminal 17 Apr 2019 19:49:00 168 0

2 milyon manat dələduzluqda təqsirləndirilən sahibkar:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Sahib İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə şahid qismində ifadə verən Emin Ağayev S.İbrahimovun şirkətindən mənzil aldığını bildirib: "Mən 186 min manata ev aldım. Mehbarə xanımla Tapdıq müəllimin də mənə borcu var idi. Onlar dedilər ki, aldığım 3 otaqlı mənzili 4 otaqlı evlə dəyişək. Sonra onlar Sahib müəllimlə danışıb razılaşdılar. Mənə Sahib müəllimin binasından 4 otaqlı mənzil verməli idilər. Lakin alınmadı. Neçə dəfə Sahib İbrahimovun yanında olmuşam, məsələnin yoluna qoyulacağını söyləyib. Əslində mən zərərçəkmiş qismində tanınmalı olsam da, istintaqda şahid kimi dindirilmişəm".

S.İbrahimov qeyd edib ki, onun şirkətində E.Ağayevin adına mənzil olmayıb və o bu vəziyyətdən istifadə edir.

Məhkəmənin növbəti iclası aprelin 24-nə təyin edilib.