Sevgilisini bıçaqlayan qadın azadlığa buraxıldı


Kriminal 17 Apr 2019 18:41:00 223 0

Sevgilisini bıçaqlayan qadın azadlığa buraxıldı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Gülnar Şərifovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Son.az Oxu.az-a istinadən xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

Hökmə əsasən, G.Şərifova barəsində şərti cəza seçilib və o, məhkəmə iclas zalından azadlığa buraxılıb.