"Niyə bu müğənnilər məndən örnək götürmədi?"


Şou-biznes 17 Apr 2019 18:39:00 265 0

"Niyə bu müğənnilər məndən örnək götürmədi?"

Xalq artisti Brilliant Dadaşova qalmaqal edən müğənnilərə səslənib. 

Son.az axşam.az-a istinadən bildirir ki, ifaçı "ATV maqazin onlarla"ya açıqlamasında hər kəsə özünü misal çəkib. O, xalq artisti İlhamə Quliyeva tərəfindən dəfələrlə təhqir edilsə də, ona cavab vermədiyinin səbəbini açıqlayıb: "Mərhum İlhamə Quliyeva nə qədər məni təhqir edir, söz atırdı. Onu o qədər sevirdim... Bir dəfə ona cavab verməmişəm. Maqazinçilər nə qədər sual verib, cavab istəyirdi... İnsanlar örnək götürməli, baxıb öyrənməlidirlər. Bunlar cavab qaytarmamağı öyrənmədilər? Bu gün bir-iki nəfərin arxası var, buna güvənib böyüklərə cavab qaytarır. Axı təhqir edilənlər bizim musiqini dünyaya tanıdanlardır".