430 manat təqaüd alan 50 yaşlı tələbə:


Digərləri 17 Apr 2019 18:29:00 365 0

430 manat təqaüd alan 50 yaşlı tələbə:

Azərbaycanda ən yüksək təqaüd alan tələbə Azərbaycan Dövlət Aqrar Universitetinin Ekologiya fakültəsinin 2-ci kurs tələbəsi, 50 yaşlı Əfsəl Qazıyevdır. O, aylıq 430 manat təqaüd alır.

Son.az xəbər verir ki, əslən Quba rayonundan olan Ə.Qazıyev Azvision.az -a açıqlamasında bildirib ki, təhsil almaq heç vaxt gec deyil. Dediyinə görə, oxumaq arzusu onu 48 yaşınadək rahat buraxmayıb. 

"İlk təhsilim orta təhsil olub, meyvə-tərəvəzçi aqronom olmuşam. 1989-cu ildə Quba Savxoz Texnikomunu bitirmişəm. O vaxtdan bəri Azərbaycan Dövlət Aqrar Universitetində oxumaq arzusunda idim. Ailə vəziyyəti, həyat şəraiti elə gətirdi ki, 48 yaşında ali məktəbə sənəd verməli oldum. Oxumaq arzusu məni rahat buraxmırdı. Hazırda dövlət hesabına sifarişli təhsil alıram. 2017-2018-ci tədrsi ilində Aqrar Universitetin Ekologiya fakültəsinə son keçid hədd 196 bal idi. Mən 198 bal toplayaraq həmin ixtisasa qəbul olundum. İmtahanlara ciddi hazırlaşırdım, müəllim yanına getməmişəm. Sənədlərimi universitetə verəndə yalnız ailə üzvülərim bilirdi. Anama da deməmişdim. Qəbul olduqdan sonra onlara xəbər verdim". 


Xəbərə aid fotolar