"İnstagram" İran rəsmilərinin hesablarını dondurur
Dünya 17 Apr 2019 18:04:00 220 0
"İnstagram" sosial şəbəkəsi İranın bir sıra rəsmilərinin hesablarını dondurub.
Son.az Trend-ə istinadən xəbər verir ki, ABŞ-ın İran İslam İnqilabı Keşikçilər Korpusunu (SEPAH) terror təşkilatları siyahısına salmasının ardınca, "İnstagram" sosial şəbəkəsi İran rəsmilərinin hesablarını dondurmağa başlayıb.
İndiyədək İran İslam İnqilabı Keşikçilər Korpusunun bir sıra komandanları, o cümlədən Qasım Süleymani, Möhsün Rzayi, İranın yol polisinin rəisi Kamal Hadianfər, Məhkəmə Sisteminin rəhbəri İbrahim Rəisi və digər nüfuzlu şəxslərin instagram hesabları dondurulub.
Mənbə: milli.az