İnformasiya Cəmiyyətinin İnkişafı üzrə Yüksək Səviyyəli İşçi Qrupu Bakıda toplaşıb (FOTO)


Digərləri 17 Apr 2019 18:12:00 179 0

İnformasiya Cəmiyyətinin İnkişafı üzrə Yüksək Səviyyəli İşçi Qrupu Bakıda toplaşıb (FOTO)

İnformasiya Cəmiyyətinin İnkişafı üzrə Yüksək Səviyyəli İşçi Qrupunun 6-cı iclası keçirilib.

Bakı. Bu gün Bakıda Regional Rabitə Birliyi (RRB) və Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə İnformasiya Cəmiyyətinin İnkişafı üzrə Yüksək Səviyyəli İşçi Qrupunun 6-cı iclası keçirilib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, İnformasiya Cəmiyyətinin İnkişafı üzrə Yüksək Səviyyəli İşçi Qrupu RRB-nin Rabitə Administrasiyaları rəhbərləri Şurasının kollegial işçi orqanıdır. İşçi qrupu RRB üzv-dövlətlərdə informasiya cəmiyyətinin inkişaf üzrə fəaliyyət məqsədlərinə xidmət edir və həmin ölkələrin nazir müavinlərindən aşağı olmayan səviyyədə təmsilçilik təmin edilir. Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin sədrliyi ilə keçirilən iclasda Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasının İnformasiya Cəmiyyəti mövzusunda yüksək səviyyəli Ümumdünya Sammiti üzrə İşçi Qrupunun sədri Minkin Vladimir Markoviç, İnformasiya texnologiyaları iqtisadiyyatı üzrə RRB Komissiyasının sədri Dadaməhəmmədov Rüstəm Abduqapparoviç, RRB İcra Komitəsinin, eləcə də, MDB İcraiyyə Komitəsinin, Rusiya Federasiyasının Rabitə Administrasiyasının rəhbər şəxsləri və nümayəndələri spiker qismində çıxış ediblər.