İlahiyyat İnstitutunda psixoloqla görüş keçirilib


Digərləri 17 Apr 2019 17:57:00 202 0

İlahiyyat İnstitutunda psixoloqla görüş keçirilib

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) psixoloq İlkin Kazımlı ilə tələbələrin görüşü təşkil olunub.

Bakı. Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) psixoloq İlkin Kazımlı ilə tələbələrin görüşü təşkil olunub. İnstitutdan Trend-ə verilən məlumata görə, görüşü Aİİ-nin İlahiyyat fakültəsinin dekanı, fəlsəfə üzrə fəlsəfə doktoru Mirniyaz Mürsəlov açaraq bildirib ki, təhsil müəssisəsi tələbələrin dünyagörüşünün, intellektual səviyyəsinin, mənəvi dünyasının zənginləşdirilməsi, elmi axtarışlara sövq edilməsi, vətənpərvərlik hisslərinin gücləndirilməsi, mütaliə, sosial məsuliyyət vərdişlərinin aşılanması, o cümlədən fərdi özünüifadə bacarıqlarının inkişaf etdirilməsi üçün ardıcıl seminarlar, görüşlər, “dəyirmi masa”lar təşkil edir. M.Mürsəlov mövzunun əhəmiyyətinə toxunaraq, Aİİ-nin təhsilin keyfiyyətinə xüsusi önəm verdiyi ilə yanaşı, tələbələrin sosial həyatının səmərəli təşkili üçün də səylə çalışdığını bildirib. Sonra psixoloq İlkin Kazımlı qeyd edib ki, görüşün məqsədi gənclərin daxili dünyalarını tanımalarına dəstək olmaq, onların özləri və ətraf mühitlə əlaqələrinə təsir edən başlıca amilləri şərh etmək, şəxsin daxili dünyasında apardığı səssiz söhbətlərin onun istək və motivasiyalarına necə təsir bağışladığını göstərməkdir.