Azərbaycanda ilk dəfə “Böyük Qafqaz Kuboku 2019” rəqs yarışması keçirildi


Kriminal 17 Apr 2019 17:31:00 392 0

Azərbaycanda ilk dəfə “Böyük Qafqaz Kuboku 2019” rəqs yarışması keçirildi

Şəki şəhərində Azərbaycanda ilk dəfə olaraq "Böyük Qafqaz Kuboku 2019" adlı regional rəqs yarışması keçirildi. Yarışma Sabit Rəhman adına Şəki Dram Taetrında keçirilib.

Son.az xəbər verir ki, tədbir Azərbaycan Gənclər İttifaqının və Azərbaycan Rəqs Assosiasiyasının təşkilatçılığı ilə keçirilib. Tədbirə təşkilatı dəstək Jam Group komandası tərəfindən göstərilib. Böyük Qafqaz Kubokuna bölgələrdən rəqs qrupları qatılıb. Müsabiqə Azərbaycanın şimal-qərb zonasının bölgələrini əhatə edir.

Münsiflər heyəti tərəfindən çıxışlar texnika, kompozisiya, imic, şou kriteriyaları baxımından qiymətləndirilib. Münsiflər heyəti: münsiflər heyətinin sədri, Azərbaycanın əməkdar incəsənət xadimi - ARA-nın vitse-prezidenti, xoreoqrafiya akademiyasının müəllimi - Ülviyyə Həsənova; Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının Xoreoqrafiya şöbəsinin müəllimi Tahir Eynullayev; "Cəngi" Dövlət ansamblının aparıcı solisti Fərhad Əliyevdir.

Yarışda çerlidinq, rəqs şousu, klassik rəqs, milli rəqs, folklor stilizasiyası, dünya xalqlarının rəqsləri, hind və solo rəqslər nümayiş olunub.

Yarışma yaş kateqoriyasına görə keçirilib: kiçik yaş qrupu (6 yaşa kimi), uşaq (10 yaşa kimi), yeniyetmələr (16 yaşa kimi), böyüklər (16 yaş və yuxarı).

Yarışmada bu nominasiyalar üzrə iştirak edilib: solo, duet, kiçik qrup (8 iştirakçı), ansambl (8-24 iştirakçı), böyük ansambl (25-50 iştirakçı).

Aşağıda 1-ci Yer və Laureat adlarının sahiblərinin siyahısı verilmişdir:

Cheerleding:

Formation - Child - 1 Yer - Şəki Uşaq İncəsənət Məktəbi (Br. Xumar Əsədova)

Mini Production - 1 Yer - Şəki Uşaq İncəsənət Məktəbi (Br. Xumar Əsədova)

Show dance:

Solo - Child - 1 Yer - Buta Rəqs Ansamblı (Br. Zaur Qasımov)

Small Group - Child - 1 Yer - Ayan Rəqs Qrupu (Br. Sonaxanım İsmayılova)

Small Group - Child - Laureat - Ayan Rəqs Qrupu (Br. Sonaxanım İsmayılova)

Formation - Child - Laureat - Qarabağ Rəqs Ansamblı (Br. Nərgiz Babayeva)

Duet - Yunior - 1 Yer - Şəki Uşaq İncəsənət Məktəbi (Br. Xumar Əsədova)

Small Group - Yunior - 1 Yer - Smiles (Br. İradə Vəliyeva)

Formation - Yunior - 1 Yer  - Şəki Uşaq İncəsənət Məktəbi (Br. Xumar Əsədova)

Formation - Yunior - Laureat - Şəki Uşaq İncəsənət Məktəbi (Br. Xumar Əsədova)

Production - Yunior - 1 Yer - Smiles (Br. İradə Vəliyeva)

Mini Production - 1 Yer - Tovuz Xədicə Rəqs Qrupu (Br. Arif Məmmədrzayev)

Mini Production - Laureat - Smiles (Br. İradə Vəliyeva)

Classic Dance:

Formation - Yunior - Laureat - Şəki Uşaq İncəsənət Məktəbi (Br. Xumar Əsədova)

Bollywood:

Solo - Baby - 1 Yer - Buta Rəqs Ansamblı (Br. Zaur Qasımov)

Solo - Baby - Laureat - Buta Rəqs Ansamblı (Br. Zaur Qasımov)

Solo - Child - Laureat - Buta Rəqs Ansamblı (Br. Zaur Qasımov)

Solo - Child - Laureat - Buta Rəqs Ansamblı (Br. Zaur Qasımov)

Solo - Child - 1 Yer - Buta Rəqs Ansamblı (Br. Zaur Qasımov)

Duet - Child - 1 Yer - Buta Rəqs Ansamblı (Br. Zaur Qasımov)

Solo - Yunior - 1 Yer - Buta Rəqs Ansamblı (Br. Zaur Qasımov)

Duet - Yunior - 1 Yer - Tovuz Xədicə Rəqs Ansamblı (Br. Arif Məmmədrzayev)

Folk Etnika: