Bakıda həyat yoldaşını öldürən qadın:


Digərləri 17 Apr 2019 17:04:00 220 0

Bakıda həyat yoldaşını öldürən qadın:

Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Bakı şəhər sakini Vəfa Orucovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Özünü ittiham üzrə qismən təqsirli bilən V.Orucova sərbəst ifadəsində əri Rövşən Musayevin onu döyüb işgəncə verdiyini bildirib: "Rövşən məni ona xəyanət etməkdə ittiham edir, döyürdü, işgəncə verirdi. Həmin gün o məni bıçaqla vurmaq istəyərkən bıçaq onun əlindən düşdü. Mən də bıçağı yerdən götürüb Rövşəni vurdum".