Adamyeyənlər arasında olmuş azərbaycanlı:


Digərləri 17 Apr 2019 17:07:00 197 0

Adamyeyənlər arasında olmuş azərbaycanlı:

Azərbaycanlı həvəskar alpinist Vadim Vokryaçko planetin ən yüksək nöqtəsini - Everest zirvəsini fəth etməyə hazırlaşır.

Son.az xəbər verir ki, alpinist özü bu barədə Oxu.az-a müsahibə verib.

Doqquz il əvvəl IT şirkətin rəhbəri ilk dəfə Tibetin sirli və mistik dağlarında olub. Aldığı təəssürat o qədər yüksək olub ki, o vaxtdan bəri günlərinin çoxu elə dağlarda keçir.

Vokryaçkonun da daxil olduğu "Yeddi Zirvə" klubunun Everest (Himalay dağ silsiləsinə aid olan Comolunqma dağı - Çinlə Nepal sərhədində yerləşir) ekspedisiyası aprelin 15-də Tibetin paytaxtı Lhas şəhərindən başlayıb.

Onun təxminən ay yarım davam edəcəyi gözlənilir. Bu vaxt ərzində ekspedisiya iştirakçıları çoxmərtəbəli akklimitizasiyadan keçməli, dağdakı aralıq düşərgələrə qalxıb-enməli olacaq. Onlar alpinizm ləvazimatlarının saz vəziyyətdə olmasını təmin etməli, sağlamlıq və fiziki hazırlığın, o cümlədən, komandada iş bacarığının lazımi səviyyədə olduğuna əmin olmalıdırlar.

- Bu çətin yüksəlişə fiziki və mənəvi baxımdan hazırsınız?

- Qasırğalı günlərdə əlverişli havanın və əlverişli dağ şəraitinin olacağına ümid edirik. Komandamızın tərkibi beynəlmilləldir. Ekspedisiyaya "Yeddi Zirvə" klubunun prezidenti, canlı əfsanə - Aleksandr Abramov başçılıq edir. Uzunmüddətli hazırlıq olmadan belə yüksəlişi həyata keçirmək mümkün deyil. Bildiyim qədərilə, Everest heç bir alpinistin ilk fəth etdiyi zirvə olmayıb. Onlar buna qədər dağadırmanma üzrə uzun illər təcrübə toplayıblar.

Mən buna qədər Elbrus (5642 m), Vinson Massiv (4897m, Antarktidanın ən yüksək dağı), "Karstenst ehramı" (4884 m, Okeaniyanın ən yüksək zirvəsi), Kösüşko zirvəsi (2228 m, Avstraliyanın ən yüksək zirvəsi), Monblan zirvəsi (4810, Alp dağlarının qərbi), Kilimancaro (5895, Tanzaniya) və Akonkaqua (6962 m, Alp dağlarının qərbi) zirvələrini fəth etmişəm.

- Azərbaycanda az adam əyləncə növü kimi alpinizmlə məşğul olur. Bəs siz nə vaxtdan dağlara bağlandınız?

- 2011-ci ildən dağlarla maraqlanmağa başladım. Hadisələrin gözlənilməz, ancaq uğurlu şəkildə inkişafı nəticəsində Tibetə düşmüşdüm. Mənim üçün tamamilə yeni, heç bir müqayisəsi olmayan təcrübə idi. Aldığım təəssürat özündə çətin çadır məişətinin yeniliyini, Nepal və Tibetin ekzotikasını, Kaylas dağının mistikasını, Himalay dağlarının tükürpədici əzəmətini birləşdirir.

Ona qədər məzuniyyəti, sadəcə, dəniz sahilində istirahət və ya müxtəlif gəzməli-görməli yerlərə səyahət kimi təsəvvür edirdim. Beləcə, ilk dəfə Tibet dağlarına ayaq basdım, bütün qrup çadırlarda gecələyirdi. Yüksəlişdən söhbət belə getmirdi.

Qayıdanda özümə qəti şəkildə söz verdim ki, daha dağda istirahət filan olmayacaq, ancaq çimərlik, dəniz və rahat hotellər. Ancaq üzərindən bir neçə həftə keçməmiş elə bir duyğu yarandı ki, həmin vaxt mənə dözülməz görünən şərait və sınaq, dağların məndə qoyduğu böyük təəssüratın yalnız kiçik bir bədəli idi. Dağlar məni yenidən düşünməyə, kiçik problemləri kənara atıb, özümü nəhəng dünyanın bir zərrəsi hiss etməyə vadar etdir.

"Yeddi Zirvə" layihəsi çərçivəsində dırmandığım ilk dağ Elbrus oldu. Elə Aleksandr Abramovla orada tanış oldum, dağ və səyahətlərlə maraqlanan bir çox insanlarla tanış oldum. Bu ünsiyyətdən və yüksəlişdən özüm üçün bir çox pozitiv və əhəmiyyətli nəticələr çıxardım. Ancaq yenə də dırmandıqdan sonra özümə söz verdim ki, daha dağlara yaxın durmayacam. Bir neçə dəfə çox təhlükəli vəziyyətə düşmüşdüm ki, bu da təcrübəsizliyimdən və ehtiyatsızlığımdan irəli gəlirdi.

Amma yenə də qəlbim dözmədi. Sonradan öyrəndim ki, sən demə, "bir daha dağlara yaxın durmayacam" vədini əksər alpinistlər özünə bildirir, ona görə ki, dağa dırmanma çox ağır və bəzən təhlükəlidir

- Dağa yüksəldikdən sonra hansı hissləri keçirirsiniz?

- Məncə, dağa dırmanmaya bir adrenalin mənbəyi kimi baxanlar yanılırlar. Mən belə deyirəm, dağa dırmanmaq üçün heç vaxt bir səbəb və ya motiv olmur. Dağlara bağlı olan insanlar "əlüstü" bir səbəb göstərəcək, sonra düşünüb-danışıb, fərqli bir səbəb bildirəcək. Zaman keçəcək, başqa səbəblər və motivlər də üzə çıxacaq.

Şəxsən mənə görə, dağlar öz hədlərimi axtarmağın, füsunkar gözəllikləri olan ətraf aləmi öyrənməyin yoludur. Bu uğurlu enişdən sonrakı eyforiyadır, unikal və maraqlı insanlarla üniyyətdir, xarakter məktəbidir, dərindən nəfəs alıb, bütün lazımsız şeyləri tənəffüs yolu ilə xaric etməyin yoludur.

Bundan başqa, dostlarla süfrə arxasında söhbət zamanı öz nailiyyətlərinlə öyünmək üçün əla imkandır. Sadaladıqlarım hələ ağlıma gələnlərdir...

Və budur artıq qarşımda 8848 metrlik Everest var. Bəzi məlumatlara görə, əslində, 8850 metrdir. Bu il Nepal tərəfdən ora xüsusi eskpedisiya gedir, onlar Everest dağının hündürlüyünü bir daha ölüb dəqiqləşdirəcək. Çünki belə bir güman var ki, üç il əvvəl baş vermiş zəlzələdən sonra dağın yüksəkliyi azalıb. Bununla belə, heç şübhəsiz, Everest hələ də Yer üzünü ən yüksək dağıdır. Everest elə dağdır ki, ora getmək üçün bir səbəb belə kifayət edər.

İndiki yüksəliş üçün hazırlıq mərhələlərinə gəlincə, bir faktı təbəssümlə xatırlayıram. Monblanın zirvəsinə yüksəlməyim başlıca olraq "Yeddi Zirvə" proqramında birmənalı cavab olmayan "hansı dağı Avropanın ən yüksək dağı hesab edirsiniz" sualının olması oldu. Avropa və Asiya arasındakı sərhəd, məktəb illərindən də bilirik ki, geniş əhatəlidir. Ona görə də "Avropanın ən yüksək zirvəsində olmusunuzmu?" sualına cavabı, həm Elbrus həm də Monblan zirvəsini fəth etmişəm.


Xəbərə aid fotolar