Ərə getməyə hazırlaşan boşanmış qadına sevgilisi zorla kimyəvi turşu içirtdi


Dünya 17 Apr 2019 16:44:00 246 0

Ərə getməyə hazırlaşan boşanmış qadına sevgilisi zorla kimyəvi turşu içirtdi

Nişanlısına kimyəvi turşu içirən oğlana hökm oxunub.

Son.az xəbər verir ki, nişanlısına kimyəvi maddə içirib, oğlunun gözü qarşısında ona əzab verən Aleksandr Larin 19 il müddətinə azadlıqdan məhrum edilib.

33 yaşlı Aleksandr Larin Olqa Riadçikova adlı nişanlısını 5 yaşlı oğlunun gözü qarşısında kimyəvi turşu içməyə, sonra da uşağa anasının yerdə əzabla qıvrılmasını baxmağa məcbur edib.

Kimyəvi turşu içən qadının bütün daxili orqanları əriyib. Xəstəxanadan verilən məlumata görə o, nə gəzə, nə də yemək yeyə bilir.


Xəbərə aid fotolar