“İnterpol”un axtardığı azərbaycanlı Soçidə tutuldu


Kriminal 17 Apr 2019 16:49:00 240 0

“İnterpol”un axtardığı azərbaycanlı Soçidə tutuldu

"İnterpol" xətti ilə axtarışda olan azərbaycanlı Rusiyanın Krasnodar diyarının Soçi şəhərində saxlanılıb. 

Son.az Oxu.az-a istinadən xəbər verir ki, həmin şəxs 2017-ci ildə Bakıdakı şirkətlərdən birində baş marketoloq işləyən zaman oradan 250 min dollardan çox maliyyəni mənimsəyib. 

Məhkəmə onun barəsində həbs qərarı çıxarsa da, həmin şəxs istintaqdan gizlənə bilib və beynəlxalq axtarışa verilib.