"Qadınlığımla hər zaman kişilərin diqqətində olmuşam"


Şou-biznes 17 Apr 2019 16:34:00 225 0

"Qadınlığımla hər zaman kişilərin diqqətində olmuşam"

"Şahruk Xanla, Mithun Çakrobarti ilə bir yerdə açılışlarda olmuşam. Salman Xan mənə qiymət verib, Hindistan camaatından mənə səs istəyib. Mathuri Dikşan mənə qiymət verib, deyib, bu qız ikinci mənəm".

Son.az axşam.az-a istinadən bildirir ki, bu sözləri rəqqasə Oksana Rəsulova rejissor Nail Naiboğlunun "21 sual" adlı "Youtube" layihəsində deyib. Sənətçi şəxsi həyatı ilə bağlı sualları cavablandırıb:

"İndiyənə qədər şəxsi həyatımı gizlətmədim deyə, bədbəxt idim. Daim problem, söz-söhbət, qalmaqal yaşayırdım. İndi nə mən, nə də həyat yoldaşım bunu istəyir. Adının hallanmasını istəmir.

Oksananın şəxsi həyatı hər zaman maraqlı olub. Oksana gözəlliyi, baxımlığı, qadınlığı ilə kişilərin diqqətində olub. İnstaqramda və Facebook-da məni 70 faiz kişilər, 30 faiz qadınlar izləyir. Qadınların yalnız 10 faizi fanatımdır. 20 faizi isə mənə paxıllıq edənlərdir".

"Elşad ana olanda səni təbrik etdi" sualına Oksana "Ondan təbrik gözləmirdim, heç o haqda düşünmürdüm də. Elşad təbrik etmədi, amma siz mənə yaxın olub, təbrik etməyənlərdən danışın" cavabını verib.