Dövlət məmurunu döyən futbolçuların apellyasiya şikayəti rədd edildi


İdman 17 Apr 2019 16:28:00 231 0

Dövlət məmurunu döyən futbolçuların apellyasiya şikayəti rədd edildi

Moskva şəhər məhkəməsi Rusiya Zenit-inin hücumçusu Aleksandr Kokorin və Krasnodar-ın yarımmüdafiəçisi Pavel Mamayevin apellyasiya şikayətinə və onların həbs müddətinin uzadılması qərarına baxıb.

Goal.az xəbər verir ki, məhkəmə futbolçuların apellyasiya şikayətini rədd edərək, həbs qərarını qüvvədə saxlayıb. Beləliklə onlar sentyabrın 25-dək istintaq təcridxanasında qalacaq.

Bu işdə iştirak edən digər şəxslər - Kokorinin qardaşı Kirill və onların dostu Aleksandr Protasovitskinin həbsxanada saxlanılması davam edəcək.

Qeyd edək ki, futbolçularla birlikdə 4 nəfər ötən il oktyabrın 11-də həbs ediliblər. Onlar Sənaye və Ticarət Nazirliyi Departamentinin rəhbəri Denis Pak, həmçinin aparıcı Olqa Uşakovanın sürücüsü Vitali Solovçuku döyməkdə ittiham olunurlar.