Prezident İlham Əliyev hakimi vəzifəsindən azad etdi Qanunu dəfələrlə pozduğuna görə


Siyasət 17 Apr 2019 16:21:00 242 0

Prezident İlham Əliyev hakimi vəzifəsindən azad etdi  Qanunu dəfələrlə pozduğuna görə

Prezident İlham Əliyev Sumqayıt Şəhər Məhkəməsinin hakimi İlyas Mahmudovun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında sərəncam imzalayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Sərəncama əsasən, qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozduğuna görə Sumqayıt Şəhər Məhkəməsinin hakimi İlyas Musa oğlu Mahmudovun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilir.