Rusiyada adam öldürməyə cəhd edən azərbaycanlı 3 il sonra Sabirabadda tutuldu


Digərləri 17 Apr 2019 15:54:00 190 0

Rusiyada adam öldürməyə cəhd edən azərbaycanlı 3 il sonra Sabirabadda tutuldu

Rusiyada 3 il əvvəl adam öldürməyə cəhd edən şəxs Azərbaycanda yaxalanıb.

Bakı. Samir Əli - Rusiyada 3 il əvvəl adam öldürməyə cəhd edən şəxs Azərbaycanda yaxalanıb. Trend-in məlumatına görə, hadisə Rusiyanın Rostov vilayətində baş verib. Sabirabad rayonunun Zəngənə kənd sakini, Babayev Amil Kamil oğlu 2016-cı il dekabrın 16-da Rostov vilayəti, Aksay şəhəri, Verbnaya küçəsi 2 saylı ünvanda tanışı Xəlilov Fərrux Vaqif oğlu ilə ailə münaqişəsi zəminində mübahisə edib. A.Babayev F. Xəlilovdan qisas almaq məqsədi ilə ona bir neçə bıçaq zərbəsi endirərək öldürmək istəyib. Yaralı xəstəxanaya çatdırılaraq əməliyyat olunub.