Bakıda qəza zamanı xəsarət alan Gəncə sakini xəstəxanada ölüb


Digərləri 17 Apr 2019 15:41:20 230 0

Bakıda qəza zamanı xəsarət alan Gəncə sakini xəstəxanada ölüb

Bakıda yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Gəncə şəhər sakini Samir Rüstəmov yerləşdirildiyi xəstəxanada ölüb.

Bakı. Bakıda yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Gəncə şəhər sakini Samir Rüstəmov yerləşdirildiyi xəstəxanada ölüb. Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 15-də saat 4 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində Gəncə şəhər sakini E.Quliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Gəncə şəhər sakini Samir Rüstəmovu vurub.