Arvadı gözəllik yarışmasına qatılan rahib sürgün edildi


Digərləri 17 Apr 2019 15:39:00 248 0

Arvadı gözəllik yarışmasına qatılan rahib sürgün edildi

Rusiyanın Ural bölgəsindəki bir rahibin həyat yoldaşı gözəllik yarışmasına qatılıb.

Son.az axşam.az-a istinadən bildirir ki, buna görə rahibə cəza veriblər. Onun kəndlərdən birinə sürgün edilməsinə qərar verilib.

Gözəllik salonu işlədən Oksana Zotovanın yarışmada mükafat qazanması hər kəs tərəfindən tənqid edilib. İlk olaraq rahib Sergey Zotovun işinə son qoyulub. O, bundan sonra çox uzaq bir yerdə, yalnız 4 min insanın yaşadığı yerdə məsləyini davam etdirə biləcək. Baş rahib Zotovun arvadının ağlını başına yığmasını, bu işdən əl çəkənə qədər ərinə ziyan vuracağını söyləyib.


Xəbərə aid fotolar