Barcelona prezidenti Koutinyonun qiyməti açıqlandı


İdman 17 Apr 2019 14:46:00 197 0

Barcelona prezidenti Koutinyonun qiyməti açıqlandı

Barcelona yarımmüdafiəçisi Filipp Koutinyonu satmır.

Goal.az-ın məlumatına görə, bunu klub prezidenti Xosep Bartomeu deyib.

O, yerli mətbuata açıqlamasında "sambaçı"nı yalnız bir şərtlə buraxa biləcəklərini söyləyib: "Koutinyo heç yerə getməyəcək. Onun klubla müqaviləsi davam edir. Yalnız 400 milyon avroluq sərbəst qalma məbləği ödənilərsə, Koutinyonu buraxa bilərik. Əks təqdirdə, biz ondan məmnunuq və Koutinyo komandanın uğurları üçün çalışmaqda davam edəcək".

Qeyd edək ki, Barcelona Koutinyonu ötən il Liverpool-dan transfer edib.