15 yaşdan 18 yaşınadək olan şəxslərlə əmək müqaviləsi bağlanarkən bunları etmək şərtdir


Digərləri 17 Apr 2019 14:51:00 289 0

15 yaşdan 18 yaşınadək olan şəxslərlə əmək müqaviləsi bağlanarkən bunları etmək şərtdir

"Əmək qanunvericiliyinə əsasən, uşaqların işə qəbul edilməsi üçün minimum yaş həddi 15 yaşdır. Həmin yaşdan 18 yaşınadək olan şəxslərlə əmək müqaviləsi bağlanarkən onların valideynlərindən və ya övladlığa götürənlərdən (qəyyumlarından) birinin, yaxud qanunla onları əvəz edən şəxslərin yazılı razılığı alınmalıdır".

Son.az Trend-ə istinadən xəbər verir ki, bu fikir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 10 saylı regional bölməsinin Masallı şəhərində "Uşaq əməyinin istismarının qarşısının alınması" və "Qeyri-rəsmi məşğulluğun qarşısının alınması" mövzularında keçirdiyi maarifləndirici tədbirində vurğulanıb.

Tədbir Dövlət Əmək Müfəttişliyi Xidmətinin təsdiq edilmiş iş planına uyğun olaraq əmək qanunvericiliyi, onun tətbiqi ilə bağlı işəgötürənlərin məlumatlandırılması məqsədilə təşkil olunub. Bildirilib ki, 15 yaşına çatmamış şəxslərin işə, habelə onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edilməsi hallarına görə İnzibati Xətalar Məcəlləsində cəza tədbirləri nəzərdə tutulub.


Xəbərə aid fotolar