Unibank kartı müştəriyə Disneyland Parisə pulsuz səyahət imkanı qazandırdı


Digərləri 17 Apr 2019 14:34:00 271 0

Unibank kartı müştəriyə Disneyland Parisə pulsuz səyahət imkanı qazandırdı

Unibankın Albalı Plus kartı ilə alış-verişlər, bankın müştərisinə Disneyland Paris-ə pulsuz səyahət etmək şansı qazandırıb. MasterCard-ın keçirdiyi kampaniya (www.mastercard.az) çərçivəsində "Priceless Specials" partnyorlarından birində Unibank kartı ilə ödəniş edən  A.Sadıxov, ailəsi ilə birgə Paris səyahətinə gedəcək.

Disneyland® Paris səyahət turuna 4 nəfərlik uçuş biletləri, Disney otelində 2 gecə/3 gün  qalmaq, Disneyland parkına giriş biletləri, VİP sürətli keçid, qida, içkilər və alış-veriş vauçeri daxildir.

Əgər Unibank kartınız varsa, siz də xaricə səyahət paketi qazana bilərsiniz. "Bahar lotereyası"  çərçivəsində Unibank kartı ilə mayın 31-dək nağdsız ödənişlərinizin hər 10 manatı sizə Satoriniyə 1 həftəlik səyahət paketi, iPhone X mobil telefonu və 1000 AZN-dək müxtəlif pul uduşları qazandıra bilər. Lotereyanın yalnız pul uduş fondu 10 000 AZN-dir və lotereyada ümumilikdə 100 qalib olacaq.

Yeni Albalı Plus kredit kartı alan hər kəs avtomatik olaraq lotereyada 10 iştirak şansı əldə edir.

Lotereyanın ilk tirajının qalibləri aprelin 23-də məlum olacaq.