Azərbaycanda 3 ayda 18 milyard manatlıq ÜDM istehsal olunub


Digərləri 17 Apr 2019 14:10:00 198 0

Azərbaycanda 3 ayda 18 milyard manatlıq ÜDM istehsal olunub

2019-cu ilin yanvar-mart aylarında Azərbaycanda 18 milyard 111,7 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,0 faiz çox ümumi daxili məhsul istehsal edilib.

Bakı. Elçin Mehdiyev – 2019-cu ilin yanvar-mart aylarında Azərbaycanda 18 milyard 111,7 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,0 faiz çox ümumi daxili məhsul istehsal edilib. Trend-in məlumatına görə, ÜDM istehsalının 46,0 faizi sənayenin, 10,2 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 6,6 faizi nəqliyyat və anbar təsərrüfatı sahələrinin, 5,5 faizi tikintinin, 2,8 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7 faizi informasiya və rabitə sahələrinin, 16,4 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 8,2 faizini təşkil edib.