“Bakı Hərbi Məhkəməsi düz etmir”


Digərləri 17 Apr 2019 13:49:00 244 0

“Bakı Hərbi Məhkəməsi düz etmir”

Ali Məhkəmənin sədri Ramiz Rzayev Bakı Hərbi Məhkəməsini tənqid edib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, buna səbəb isə jurnalistlərin heç bir məhkəmə prosesinə buraxılmamasıdır:

"Açıq məhkəmə iclaslarını jurnalistlər sərbəst şəkildə izləyib baxa bilər. Bakı Hərbi Məhkəməsi jurnalistləri belə proseslərə buraxmırsa, düz etmirlər. Mən bununla bağlı həmin məhkəmə sədrləri ilə danışaram".