Martin Saymon: Bakıda 21-ci əsrin muasir tullantı idarəetməsi sistemini yaradılacaq (FOTO)


Digərləri 17 Apr 2019 13:41:00 182 0

Martin Saymon: Bakıda 21-ci əsrin muasir tullantı idarəetməsi sistemini yaradılacaq (FOTO)

Bakıda 21-ci əsrin muasir tullantı idarəetməsi sistemini yaradılacaq

Bakı. Samir Əli - Bakıda 21-ci əsrin muasir tullantı idarəetməsi sistemini yaradılacaq. Trend-in məlumatına görə, bunu Böyük Britaniya "Mott MacDonald" şirkəti rəhbərliyinin səlahiyyətli nümayəndəsi, Bakı şəhərində bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin idarə olunması üzrə islahatlar konsepsiyasının rəhbəri Martin Saymon keçirdiyi mətbuat konfransında deyib. M.Saymon bildirib ki, 2018-ci ildə tullantı idarəetməsi xidmətlərinin qiymətləndirilməsi üçün təmsil etdiyi şirkət Bakıya dəvət edilib: "Məqsəd tərəfimizdən potensial təkmilləşdirilmə metodları təklif edərək tullantı idarəedilməsi sisteminin yüksək inkişafı üçün lazım olan məlumat bazasını əldə etməyə kömək edəcək pilot araşdırmalar layihəini hazırlamaq idi. Şirkətimiz tullantı və tullantıların yenidən emalını araşdırmaq üçün Bakı Şəhər İcra Hakimiyyəti ilə 2-ci dəfə əməkdaşlıq etməyə razılıq verib. Bu araşdırmalarin nəticələri Bakı şəhərində tətbiq olunaraq 21-ci əsrin muasir tullantı idarəetməsi sistemi yaradılacaq".