Rəşaddan Nuraya cavab: "Diski köhnədir, yalan danışmasın"


Şou-biznes 17 Apr 2019 13:39:00 218 0

Rəşaddan Nuraya cavab: "Diski köhnədir, yalan danışmasın"

Əməkdar artist Rəşad İlyasov müğənni Nura Surinin onunla bağlı ittihamlarına cavab verib.

Son.az axşam.az-a istinadən bildirir ki, sənətçi həmkarının "Toyda Rəşadın işçiləri mahnımı kəsdilər" iddiasını qəbul etmədiyini deyib:

"Belə bir şey ola bilməz. Gəldi ifa etməyə, əvvəl bilmədik nə oxuyacaq. Gördük mahnısı kəsildi, ikinci dəfə kəsiləndə yaxınlaşdım. Bəyin anası dedi ki, problem var, kömək edəK? İnsanlarda bizi gözləyirdilər. Səs rejissoru dedi, disk işləmir. Nuraya dedim canlı oxuyaq, oxuduq. Pis alınmadı. Musiqiçilərim də onu müşayiət etdilər. Hətta Nura xanımın fonoqramı bitmişdi, onun tonallığında ifa etdik. İnsanlara dedim ki, ekspromt idi, necə alındı? Hamı dedi, əladır. 

Gedəndən sonra gördüm belə bir şey yazıb. Heç bir sənət dostuma belə bir şey etmərəm. Bir ifaçı ilə aram yox idi, amma məclisdə onu təqdim etdim.