Ronaldonun oğlundan 2 oyunda 12 qol


İdman 17 Apr 2019 13:31:00 346 0

Ronaldonun oğlundan 2 oyunda 12 qol

Juventus-un hücumçusu Kriştianu Ronaldonun oğlu məhsuldarlıqda atasından heç də geri qalmır.

Goal.az-ın məlumatına görə, balaca Ronaldo "qoca sinyora"nın U-9 komandasının heyətində qollarını sıralamaqda davam edir.

Turin klubu Madeyrada təşkil edilən beynəlxalq turnirdə keçirilən ilk 2 görüşdə 12 qol vurub. Maritimu üzərində 25:0 hesablı qələbə zamanı birinci hissədə vurduğu 7 topla septa-trikə imza atan Ronaldo "Kamaço" ilə görüşdə (15:1) rəqibi 5 dəfə mərkəzə dəvət edib.

Qeyd edək ki, Kriştianu Ronaldo ötən yayda Juventus-a keçdikdən sonra oğlu da bu klubun akademiyasına yazılıb.