Bakıda 15 obyektdən mağazadan oğurluq edən şəxslər saxlanılıb (FOTO)


Digərləri 17 Apr 2019 13:33:27 192 0

Bakıda 15 obyektdən mağazadan oğurluq edən şəxslər saxlanılıb (FOTO)

Xətai rayonu ərazisində yerləşən mağazalardan birindən oğurluq edilib.

Bakı. Xətai rayonu ərazisində yerləşən mağazalardan birindən oğurluq edilib. Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, zərərçəkən obyektin sahibi 37-ci Polis Şöbəsinə müraciət edərək bildirib ki, marketdən 250 manat, danışıq kartları və tütün məmulatları naməlum şəxslər tərəfindən oğurlanıb. Xətai Rayon Polis İdarəsi 37-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Rəşad Bayramlı və Kürdəmir rayon sakini Nicat Yunusov saxlanılıblar. Onlar ifadələrində oğurluq etdiklərini etiraf ediblər.