AQTA adından rüşvət alan növbəti dələduzun görüntüləri yayıldı


Digərləri 17 Apr 2019 13:19:00 235 0

AQTA adından rüşvət alan növbəti dələduzun görüntüləri yayıldı

Bir neçə gün əvvəl Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) adından rüşvət toplayan şəxslərlə bağlı məlumat və hadisənin video görüntüsü ictimaiyyətə təqdim olunub.

AQTA-dan Son.az-a verilən məlumata görə, aprelin 12-də Agentliyin 1003 "Qaynar xətt"inə qurumun adından istifadə edən növbəti şəxslə bağlı şikayət daxil olub.

Araşdırma zamanı özünü AQTA əməkdaşı kimi təqdim edən şəxsin Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayonda yerləşən "Zaqatala" kafesinin sahibindən qanunsuz olaraq 39 manat 80 qəpik pul alması ilə bağlı şikayət öz təsdiqini tapıb. Belə ki, kafenin sahibi tərəfindən əvvəlcədən mağazada quraşdırılmış kamerada həmin şəxsin video görüntülərinin olduğu müəyyən olunub.


Xəbərə aid fotolar