Meyitdən orqan köçürülməsinə ancaq bir nəfər icazə verəcək


Digərləri 17 Apr 2019 12:59:00 252 0

Meyitdən orqan köçürülməsinə ancaq bir nəfər icazə verəcək

""İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında" qanun layihəsi üzərində işlər davam etdirilir. Qeyd edim ki, artıq bir ildir bu sənəd üzərində işlər gedir. Biz əvvəlcə mövcud qanuna geniş əlavə və dəyişiklikləri nəzərdə tuturduq.

Sonradan qanunun özündən çox dəyişikliklər ortaya çıxdı, yəni qanun 17-18 maddədən ibarət idisə, 30-a yaxın dəyişiklik - maddə ortaya gəldi. Ona görə də biz bunu yeni qanun layihəsi kimi hazırlamağı qərara aldıq və beləliklə, onun üzərində işləri davam etdirməkdəyik".

Son.az xəbər verir ki, bunu Oxu.az-a açıqlamasında Milli Məclisin (MM) Səhiyyə komitəsinin sədr müavini, adıçəkilən qanun layihəsinin hazırlanması üzrə İşçi Qrupunun rəhbəri Musa Quliyev deyib.

M. Quliyev xatırladıb ki, mövcud, qüvvədə olan qanunun qəbulundan 20 il keçir:

"Hazırkı qanun 1999-cu ildə qəbul edilib və ötən 20 ildə yeni tələblər, yeni yanaşmalar ortaya çıxıb. Odur ki, yeni qanun layihəsi hazırlayaraq, onu müvafiq qurumlara, nazirliklərə rəylərə göndərmişik və artıq bu rəylər də bizə - İşçi Qrupuna yavaş-yavaş daxil olmaqdadır. Onlar bu ayın sonuna qədər daxil olub, qurtarar, rəylər yığılar və bundan sonra İşçi Qrupu, Səhiyyə komitəsi öz sözünü deyər, fikrini bildirər".

Qanun layihəsinin adı ilə bağlı mübahisələrə gəlincə, M. Quliyev qeyd edib ki, terminologiya burada o qədər də önəmli rol oynamır: