Azərbaycanda birinci instansiya məhkəmələri tərəfindən baxılan işlərin sayı azalıb


Digərləri 17 Apr 2019 12:24:00 204 0

Azərbaycanda birinci instansiya məhkəmələri tərəfindən baxılan işlərin sayı azalıb

"2018-ci ildə Azərbaycanda birinci instansiya məhkəmələri tərəfindən 246.920 işə, o cümlədən 224 584 mülki, 5029 iqtisadi, 17 307 inzibati mübahisələrə dair işlərə baxılıb".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev deyib.

Onun sözlərinə görə, 2017-ci illə müqayisədə 2018-ci ildə baxılan işlərin ümumi sayı 30.5 faiz azalıb.