Ali Məhkəmənin sədri: 2018ci ildə ümumi məhkum edilənlərin sayı 1300 nəfər azalıb


Digərləri 17 Apr 2019 11:51:00 267 0

Ali Məhkəmənin sədri: 2018ci ildə ümumi məhkum edilənlərin sayı 1300 nəfər azalıb

"2018-ci ildə Azərbaycanda birinci instansiya məhkəmələri tərəfindən14 931 nəfər barəsində 12 539 cinayət işinə baxılıb".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev deyib.

O qeyd edib ki, onlardan 10 172 iş üzrə 12 433 nəfər barəsində ittiham, 89 iş üzrə 106 nəfər barəsində bəraət hökmü çıxarılıb: "1724 iş üzrə 1842 nəfər barəsində işin icraatına xitam verilib, 37 iş üzrə 39 nəfər barəsində tibbi xarakterli qərar çıxarılıb, qeyd edilən 12 539 işlərdən 11 421 işə ümumi, 1118 işə isə hərbi məhkəmələr tərəfindən baxılıb".