Ramiz Rzayev: "Məhkəmələrdə baxılan problemli kreditlərlə bağlı işlərin icraatı təxirə salınıb"


Digərləri 17 Apr 2019 11:41:00 230 0

Ramiz Rzayev: "Məhkəmələrdə baxılan problemli kreditlərlə bağlı işlərin icraatı təxirə salınıb"

Azərbaycan Prezidenti cənab İlham Əliyev problemli kreditlərin həlli barədə fərman imzaladığı gündən məhkəmələrdə baxılan problemli kreditlərlə bağlı işlərin icraatı təxirə salınıb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev deyib.

R.Rzayev qeyd edib ki, fərmanın icrası ilə əlaqədar bütün lazımi tədbirlər görülüb, Maliyyə Bazarlarına Nəzarət Palatası ilə birgə işçi qrupu yaradılıb.