ABŞ və Türkiyə S400 məsələsində razılığa gələ bilmədi


Dünya 17 Apr 2019 10:54:00 331 0

ABŞ və Türkiyə S400 məsələsində razılığa gələ bilmədi

Türkiyənin Rusiyadan S-400 raket-zenit kompleksləri alması ilə aparılan məsləhətləşmələrdə Vaşinqton və Ankara ümumi razılığa gələ bilməyiblər.

Son.az Trend-ə istinadən xəbər verir ki, Pentaqonun yaydığı bəyanatda deyilir ki, Rusiyadan alınacaq bu raket-zenit kompleksləri regionda ABŞ qırıcıları üçün təhlükə yarada bilər. Məsləhətləşmələrlə bağlı yayılan məlumatda rəsmilər ABŞ və Türkiyənin dalana dirənmiş məsələnin həll olunmadığını qeyd ediblər.