Rabitəbank sürətlə böyüyür!


Digərləri 17 Apr 2019 11:00:00 211 0

Rabitəbank sürətlə böyüyür!

Ölkənin ən şəffaf bankarından olan Rabitəbank, 2019-cu ilin birinci rübünü yüksək mənfəətlə tamamlayıb.

Bank 2019-cu ilin ilk rübünü, 3.2 mln azn mənfəətlə tamamlamış, aktivlərin həcmi isə 717 mln azn təşkil etmişdir. Bankın kredit portfeli, 2018-ci ilin birinci rübü ilə müqayisədə, 37% artaraq, 345 mln azn-ə çatmışdır. Ümumən isə, bankın gəlirləri 12 mln. manatadək yüksəlmişdir.

Həmçinin, 2018-ci ilin birinci rübü ilə, cari ilin birinci rübünün müqayisəsində insan resurslarında da ciddi artım hiss olunmuşdur. Bu gün, Rabitəbank əməkdaşlarının sayı 766-ya çatmışdır.