Bakıda kafedə musiqi sifarişi üstündə qan töküldü


Kriminal 17 Apr 2019 09:14:00 223 0

Bakıda kafedə musiqi sifarişi üstündə qan töküldü

Bakıda adam öldürməkdə təqsirləndirilən Elçin Nəcəfov və Xaliq Mustafayevin cinayət işi məhkəmə prosesi davam edir.

Son.az Ölkə.az-a istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə keçiriləcək növbəti məhkəmə prosesi aprel ayının 22-nə təyin olunub.

İttihama görə, ötən il avqustun 10-da Biləcəri qəsəbəsi ərazisində yerləşən kafelərdən birinin həyətində naməlum şəxslər Bakı şəhər sakini Cavid Həmzəyevi döyüb.

Cavid Həmzəyev xəstəxanaya aparılarkən yolda ölüb.