Bakıda yaşayış binasında yanğın: 70 yaşlı qadın ölüb


Digərləri 17 Apr 2019 08:47:00 191 0

Bakıda yaşayış binasında yanğın: 70 yaşlı qadın ölüb

Gecə paytaxtda iki yaşayış binasında yanğın olub.

Bakı. Gecə paytaxtda iki yaşayış binasında yanğın olub. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan 30 ədəd elektrik sayğacı və 10 p.m kabel yanıb. Yanğın zamanı 20 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər və digər elektrik sayğacları yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;