Robert İvan Qal: "Yaxın gələcəkdə Azərbaycanda..." FOTO


Digərləri 17 Apr 2019 08:30:00 271 0

Robert İvan Qal: "Yaxın gələcəkdə Azərbaycanda..."  FOTO

Demoqrafik keçidin Azərbaycanda hamar olacağı gözlənilir.

Son.az bildirir ki, bunu Trend-ə özəl müsahibəsində BMT-nin Əhali Fondunun (UNFPA) eksperti, Azərbaycanda milli transfert hesablarının (NTA) yaradılması üzrə müvafiq dövlət müəssisələrinin potensialının artırılmasına cavabdeh olan Robert İvan Qal deyib.

O bildirib ki, milli transfert hesabları yaş komponentini milli uçot sisteminə əlavə edir:

"NTA bütün iqtisadiyyata aid olur, amma iqtisadiyyatı müxtəlif yaşlı insanlar arasında axınlar kimi təsvir edir. Burada diqqət mərkəzində yaşlı insanlardır. Biz Azərbaycanda NTA layihəsi üzərində işləyirik və bu sahəyə aid bəzi təkliflər bu layihənin nəticələrinə əsaslanacaq. Bundan sonra Azərbaycan hökuməti gələcək planlarla bağlı qərar qəbul edəcək".

Azərbaycanda NTA-nın yaradılması prosesindən danışan ekspert bildirib ki, söhbət müvafiq statistik məlumatların təkrar təşkilindən gedir:

"Biz Azərbaycan Dövlət Statistika Komitəsinin təqdim etdiyi rəsmi statistikaya əsaslanırıq. Mən yerli komandaya məsləhətlər verməklə məşğulam. Bu komanda mövcud statistik məlumatları təkrar qruplaşdırmalıdır, eyni zamanda yeni statistikanın yaradılması planlaşdırılmır. Bu baxımdan Azərbaycanda çox rahatdır, çünki ölkənin statistika xidmətlərinin inzibati imkanları kifayət qədər yüksək səviyyədədir və onlar yüksək səviyyəli statistik xidmətlər təklif edirlər. Son iki gün ərzində biz baza təlimləri keçmişik və bu ilin sonunadək ilkin nəticələrin əldə olunmasını və layihə üzrə ilk hesabatın hazırlanmasını gözləyirik".


Xəbərə aid fotolar