Gürcüstanın Azərbaycana 7,4 milyon dollar borcu var


Digərləri 17 Apr 2019 08:12:00 219 0

Gürcüstanın Azərbaycana 7,4 milyon dollar borcu var

Cari ilin yanvar-mart aylarında Gürcüstanın ümumi xarici dövlət borcu 5 milyard 388,974 milyon ABŞ dollar təşkil edib. Borcun 5 milyard 222,384 milyon dolları hökumətin payına düşür.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin hesabatında məlumat verilib.

Məlumatda bildirilir ki, Gürcüstanın Azərbaycana borcu dəyişməyib. Bu il aprelin 1-nə olan məlumata görə, Gürcüstanın Azərbaycana borcu 7 milyon 435 min dollar təşkil edib.