Venesuelada həbsxanadan kütləvi şəkildə 60a yaxın məhbus qaçıb


Dünya 17 Apr 2019 08:19:00 212 0

Venesuelada həbsxanadan kütləvi şəkildə 60a yaxın məhbus qaçıb

Venesuelanın Nueva-Esparta ştatında həbsxanadan kütləvi şəkildə məhbuslar qaçıb.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində bir nəfər ölüb, iki nəfər isə yaralanıb. Yerli "Noticias Venezuela" portalının məlumatına görə, həbsxanadan təxminən 60 məhbus qaçıb və silahla iki mühafizəçiyə hücum edib.

Hər iki mühafizəçi yaralanıb və xəstəxanaya çatdırılıb. İlkin məlumata əsasən, ölən məhbuslardan biridir.