Çində 17 min il yaşı olan saxsı qabın parçası tapılıb


Digərləri 17 Apr 2019 03:30:00 238 0

Çində 17 min il yaşı olan saxsı qabın parçası tapılıb

Çin arxeoloqları ölkənin cənubundakı Quandun vilayətində təxminən 17 min il əvvələ aid olduğu güman edilən saxsı qabın hissəsini tapıblar.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, paleolit dövrünə aid saxsı qabın bir hissəsi İnde şəhəri ərazisindəki Çintan xarabalıqlarından tapılıb. Bu, Çində ilk saxsı qabın məhz ölkənin cənub hissəsində istifadə olunduğunu göstərir.